Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda qərb bölgəsinin aparıcı KİV nümayəndələri ilə görüş keçirilib

22 dekabr 2022 | 14:31

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bölgənin aparıcı KİV nümayəndələri ilə görüş keçirilib. Görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov, icra hakimiyyətinin məsul əməkdaşları, bölgənin aparıcı KİV nümayəndələri iştirak ediblər.

Görüş zamanı şəhər rəhbəri Azərbaycan milli mətbuatının uğurlu fəaliyyətindən söhbət açıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin mətbuatımıza göstərdiyi hərtərəfli yüksək diqqət və qayğı bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin apardığı uğurlu inkişaf strategiyasının nəticəsidir ki, ölkəmiz dünya ölkələri sırasında böyük nüfuz sahibinə və regionda sülhün və stabilliyin qarantına çevrilib. Həmçinin, 2022-ci ilin ölkəmiz və şəhərimiz üçün uğurlu və yaddaqalan il olduğunu iştirakçıların diqqətinə çatdırıb. Qarşıdan gələn 2023-cü il ölkəmiz üçün böyük tarixi hadisəni özündə ehtiva etdiyini qeyd edərək, mətbuat nümayəndələrinə işlərində uğurlar arzulayıb.

Görüş zamanı çıxış edən mətbuat nümayəndələri Beynəlxalq Turizm Mərkəzi olan, Naftalan şəhərində aparılan abadlıq-quruculuq, yaşıllıq işlərinin geniş vüsət almasından söhbət açaraq, həyata keçirilən bütün tədbirlərin, inkişafın iştirakçıları və şahidləri olduqlarını vurğulayıblar. Onlar səmimi görüşə görə şəhər rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində keçirilən görüşün sonunda KİV nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.

 

Keçidlər