Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda qanvermə aksiyası keçirilib

18 fevral 2023 | 12:00

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.

Naftalanlılar bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq fəallıq nümayiş etdiriblər.

Tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib.

Aksiyada Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatın, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak ediblər.

Humanizm prinsipləri əsasında həyata keçirilən belə tədbirlər ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Keçidlər