Naftalanda Polis Günü qeyd olunub
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər Polis şöbəsinin rəisi polis polkovniki Zaur Bədəlov, polis əməkdaşları, veteran polislər iştirak edərək öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azazdlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Polis şöbəsinin rəisi açaraq Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini qeyd edərək hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, Azərbaycanın cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətləridən biri olduğununu iştirakçıların diqqətinə çatdıraraq polis əməkdaşlarını 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə tədbrik edib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycan Polisi Günü münasibətilə iştirakçıları təbrik edib. Polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun təkmilləşdirilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafından, vətəndaşlara göstərilən xidmət və asayişin qorunması barədə məlumat verərək, asayişin mühafizəsində daxili işlər orqanlarının mühüm xidmətlərini qeyd edib. Azərbaycanın dünyada sabit imicli bir məkana çevrildiyini vurğulayaraq, Respublikamızın hər yerində olduğu kimi Naftalanda da ictimai-siyasi sabitliyin möhkəmləndirilməsində ŞPŞ-nin şəxsi heyətinin rolunu qeyd edib.
Çıxış edən digər natiqlər ölkə rəhbərliyinə göstərilən yükşək diqqətə, yaradılan şəraitə görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda şəhər Polis şöbəsinin bir qrup əməkdaşı ŞİH və ŞPŞ tərəfindən Fəxri Fərmanla təltif olunublar.