Naftalanda növbəti səyyar qəbul keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qəbul qrafikə uyğun olaraq şəhərin 16,17,19,20 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə növbəti səyyar qəbul keçirdi. Qəbulda şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda İcra başçısı ötən müddətdə keçirilən qəbullar zamanı qaldırılan problemlərin qısa müddət ərzində həllini tapdığını, vətəndaşların birbaşa müraciətlərini təmin etmək məqsədilə Rəqəmsal icra hakimiyyəti portalı yaradıldığını qeyd etmiş, görülən bütün işlərin ən başlıca amalının vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulamışdır.