Naftalanda növbəti səyyar qəbul keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qəbul qrafikə uyğun olaraq sakinlər ilə növbəti səyyar qəbul keçirib. Qəbulda şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda İcra başçısı ötən müddətdə keçirilən qəbullar zamanı qaldırılan problemlərin qısa müddət ərzində həllini tapdığını qeyd etmiş, görülən bütün işlərin ən başlıca amalının vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulamışdır.
Sakinlər onları narahat edən əsas problemlər barədə danışıb, müxtəlif təkliflər irəli sürüblər.
İcra Hakimiyyətinin Başçısı sakinlərin təklif və müraciətləri ilə bağlı aidiyyəti qurumların yerli rəhbərlərinə müvafiq tapşırıqlar verib. Araşdırma tələb edən bir sıra müraciətlər isə nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya, həmçinin qaldırdıqları problemlərin qısa müddətdə həllini tapdığı üçün minnətdarlıqlarını bildirmişlər.