Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda növbəti səyyar qəbul keçirilib

09 avqust 2022 | 14:24

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov səyyar qəbullarda şəhərin müxtəlif ərazilərində yaşayan sakinlərlə görüşür, sual doğura biləcək problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir. Səyyar görüşlərin keçirilməsində əsas məqsəd mövcud problemlərə yerində baxılması, icrasının qanunamüvafiq və operativ həll edilməsidir.

Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbul qrafikinə əsasən növbəti qəbul şəhərin İsa Məmmədov adına yaşayış məhəlləsinin sakinləri ilə keçirildi.

Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Möhtərəm cənab Prezidentə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər