Naftalanda növbəti ağacəkmə aksiyası keçirilib
22 dekabr 2025 | 17:03
Respublikamızda ekoloji tarazlığın bərpası, ətraf mühitin mühafizəsi istiqamətində mühüm işlər görülür. Görülən işlər çərçivəsində Naftalanda ekologiyanın qorunması və şəhərin yaşıllaşdırılmasına töhfə verilməsi, yaşıllıq zolaqlarının artırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyaları uğurla davam etdirilir.
Aksiya çərçivəsində Naftalan bələdiyyəsi və Kapital bankın Naftalan filialı tərəfindən şəhərin Qələbə parkında yaradılmış Vətən bağı ərazisində ağacəkmə aksiyası keçirilib. Həmçinin ağaclara aqrotexniki qulluq göstərilib, yeni və mövcud yaşıllıqların suvarılması təmin edilib.















