Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda növbəti ağacəkmə aksiyası keçirilib

17 mart 2026 | 14:11

Respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Görülən işlər çərçivəsində Şəhər İcra Hakimiyyətinin və Naftalan bələdiyyəsinin təşkilatçılığı ilə park və prospektlərdə ağac və gül kolları əkilib. Yaşıllıqlara aqrotexniki qulluq göstərilib, yeni və mövcud yaşıllıqların suvarılması təmin edilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən aksiyanın əsas məqsədi şəhərdə daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görülməsi, yaşıllıq  zolaqlarının salınmasıdır.

Keçidlər