Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilib

28 iyun 2022 | 11:29

Tədbirdə “Naftalan şəhərində narkomanlığa və  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.   

Tədbirdə çıxış edən ŞİH başçısının müavini, komissiyanın  sədri Arzu Məmmədov ölkəmizdə narkomaniya ilə mübarizə dövlətin prioritet sahələrindən olduğunu, narkomaniyanın insanların həyat və sağlamlığına, sosial-iqtisadi inkişafa mənfi təsirlərini vurğulayaraq, narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin bütün üzvləri birgə mübarizə aparmalı olduğunu  diqqətə çatdırıb.

Şəhər Polis şöbəsinin əməkdaşı Baxış Həsənəliyev Naftalan şəhərində narkomaniya ilə mübarizə sahəsində görülmüş işlər barədə  ətraflı məlumat verib. Narkotik vasitələrə qarşı mübarizənin gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının artdığını qeyd edərək kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində məktəblərdə və digər kollektivlərdə bu məqsədlə çoxsaylı tədbirlərin həyata  keçirildiyini qeyd edib.

Çıxış edən digər natiqlər ümumbəşəri bəlaya, ailələrin faciəsinə çevrilmiş narkomaniyaya qarşı maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha səmərəli şəkildə aparılmasının vacibliyini vurğulayıblar.

Keçidlər