Naftalanda narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Polis şöbəsinin təşkilatçılığı ilə Naftalan şəhərinin ümumtəhsil məktəblərində “Narkomaniyaya qarşı mübarizə hər birimizin borcudur” mövzusunda tədbirlər keçirilib.
Tədbirlərdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, pedaqoji kollektiv, şagirdlər, valideynlər iştirak edib.
Natiqlər, zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıblar. Həmçinin, şagirdlərə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat veriblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib.