Naftalanda müalicə alan Şəhid anası ziyarət olunub
21 may 2025 | 15:21
Naftalan ŞİH-nin məsul əməkdaşları Nizami RİH-nin məlumatı əsasında 44 günlük Vətən Müharibəsində şəhid olmuş Bakı şəhər Nizami rayon sakini Cəfərov Vüqar İnşallah oğlunun “Naftalan Müalicə və Sağlamlıq Mərkəzində” müalicə alan valideyinlərini ziyarət edib və şəhidimizin anası Səmayə Cəfərovanı doğum günü münasibəti ilə təbrik edib, möhkəm can sağlığı arzulayıblar.
Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür edib.
Qeyd edək ki, Cəfərov Vüqar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə (ölümündən sonra) “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.















