Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda media nümayəndələri ilə görüş keçirilib

20 iyul 2022 | 14:20

Naftalan ŞİH-nin təşkilatçılığı ilə Milli Mətbuatın 147-ci ildönümü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ŞİH-nin məsul əməkdaşları, regionun nüfuzlu mətbuat nümayəndələri iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olmuş vətən oğullarının, həmçinin Şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycanın milli mətbuatının yaranmasından, şərəfli inkişaf tarixindən danışıb. Mətbuatımızın müstəqillik dövründəki fəaliyyətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğulayaraq ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qeyd edərək, tariximizə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən Müharibəsindən söhbət açaraq o dövrdə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin fədakarlıqlarından danışaraq mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Media nümayəndələri Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin mətbuat nümayəndələrinin əməyinə verilən qiymətin bariz nümunəsi olduğunu bildirərək, səmimi görüşə görə təşəkkür ediblər.

Sonda mətbuat nümayəndələrinə ŞİH tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub, çay süfrəsi arxasında səmimi söhbət aparılıb.

Keçidlər