Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda istifadəyə verilən Müalicəvi Turizm Mərkəzlərinin sayı artır

15 iyul 2022 | 14:27

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə regionlarda o cümlədən Naftalanda sahibkarlara müvafiq dəstək və köməklik göstərilir.

Bu gün Beynəlxalq Turizm Mərkəzinə çevrilən Naftalanda turizm sektorunun inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçirilir və şəhərin infrastrukturu tamamilə yenilənir.

Hazırda şəhərdə son tamamlanma işləri aparılan daha bir turizm obyektinin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulub.

Sun City Naftalan Sağlamlıq Mərkəzi 0,63 ha ərazini əhatə edir. Ümumi sahəsi 4698 kv.m, tikintialtı sahəsi 785 kv.m-dir. Mərkəz ümumilikdə 99 otaq, 192 yerlikdir. Həmçinin buraya istirahətə və müalicəyə gələn turistlərin vaxtının səmərəli təşkili məqsədilə mərkəzdə açıq hovuz, restoran, bar və terras fəaliyyət göstərəcək.

Müalicə Mərkəzi fəaliyyətə başladıqdan sonra burada 60 nəfərə yaxın sakinin işlə təmin olunması nəzərdə tutulub. Bu da bir daha əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, işsizliyin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir.

Keçidlər