Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

08 iyun 2022 | 11:24

   Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri, Naftalan şəhər Ağsaqqallar şurasının sədri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, təhsil, səhiyyə işçiləri, şəhərin bir sıra  idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

   Tədbirdə çıxış edən ŞİH-nin məsul əməkdaşı  Şahmar Ədilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, dövlət qulluqçularının etik davranış qaydaları, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlərin beynəlxalq təşkilatlar tərəfindən  yüksək qiymətləndirildiyi  barədə iştirakçılara geniş məlumat verib. 

   Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən  təsdiq edilmiş insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın əhəmiyyətindən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə  insan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirdiyi  uğurlu siyasətdən danışaraq “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

  Çıxış edən digər natiqlər dövlət səviyyəsində humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin keçirilməsini, məhkum olunmuş şəxslərin əfv edilməsini yüksək qiymətləndirərək, Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti insan hüquq və azadlıqlarının qorunmasının bariz nümunəsi olduğunu qeyd ediblər.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il  tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqram”ının  2.6-cı bəndinin icra edilməsi edilməsi təmin edilib. İştirakçılara hüquqi məsləhətlər verilib, iştirakşıların sualları cavablandırılıb.

Keçidlər