Naftalanda iftar süfrəsi açılıb
Naftalan Şəhər İcra Hakimiyyəti və Milli Məclisin deputatı Bədəl Bədəlov tərəfindən açılan iftar süfrəsində İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Millət Vəkilinin köməkçisi Gündüz Hacıyev, şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı ailələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səmimi və mehriban şəraitdə keçən iftar süfrəsi zamanı dualar oxunub, Ramazan ayının fəzilətləri haqqında söhbətlər aparılıb.
İftar mərasimində iştirak edən şəhid ailələri, qazilər və şəhər sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. Ölkəmizdə hökm sürən sabitlik və inkişafın hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər.















