Naftalanda “Heydər Əliyev İli” çərçivəsində ilk tədbir keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Naftalan şəhərində il ərzində həyata keçiriləcək Tədbirlər Planı əsasında hazırlanmış Təqvim Planına uyğun olaraq GRMİ-nin Naftalan şəhər Heydər Əliyev Mərkəzində ”Ulu Öndər Heydər Əliyevin mənalı həyatı, zəngin siyasi irsi hər birimizə örnəkdir” adlı tədbir keçirilib.
Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri, Naftalan ŞİH-nin, GRMİ-nin Naftalan şəhərində fəaliyyət göstərən müəssisələrinin məsul əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. Daha sonra Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayaraq qeyd edib ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub.
Çıxış edən digər natiqlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini böyük tarixi hadisə adlandıraraq, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğunu iştirakçıların diqqətinə çatdıraraq qeyd ediblər ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Tədbir məktəblilərin hazırladıqları “Tarixi Şəxsiyyət və tarix yaradan Şəxsiyyət” adlı kompozisiya ilə sona çatıb.