Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda hesabat yığıncağı keçirilib

01 avqust 2022 | 15:10

Naftalan şəhəri İcra Hakimiyyətində şəhərin 2022-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Naftalanda ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhərin idarə, müəssisə və təşkilar rəhbərləri, şura üzvləri iştirak edib.

Yığıncağı ŞİH-nin başçısı Vüqar Novruzov açaraq, 2022-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin cari ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, ölkəmizin öz dinamik inkişaf templərini saxlaya bildiyini və bu il Azərbaycanın həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini, sonrakı illərdə də Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etməsinin təminatı üçün islahatların daha da dərinləşməsinin vacibliyini vurğuladığını diqqətə çatdırıb.

Sonra ŞİH başçısının müavinləri Arzu Məmmədov, Kəmalə Hüseynova, şəhər maliyyə şöbəsinin rəisi Saleh Tağıyev, Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Gəncə-Daşkəsən Regional  filialının Naftalan şəhər qəbul  şöbəsinin müdiri Tural Hümbətov 2022-ci ilin birinci yarısında Naftalan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış ediblər.

Keçidlər