Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Gənc Liderlər üçün Qış Universiteti” layihəsi başa çatıb

08 fevral 2023 | 16:23

Naftalan ŞİH və "Davam" Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 02-07 fevral 2023-cü il tarixlərində Naftalan şəhərində "Gənc Liderlər üçün Qış Universiteti" layihəsinə start verilib.
"Qış Universiteti" üçün qısa müddət ərzində iki hissəli seçim turunun yekununda 5 komanda olmaqla 130 nəfərlik iştirakçı qrupu formalaşdırılıb. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq və dünya görüşünün artırılmasıdır.

Layihə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhunu böyük ehtiramla yad ediblər.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam edən layihə çərçivəsində millət vəkili Könül Nurullayevanın təqdimatında "Gənclər siyasəti, gender bərabərliyi və ictimai fəaliyyət" mövzusunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyevin təqdimatında "Dövlət məşğulluq siyasəti və əmək bazarında yeni trendlər" mövzusunda, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun təqdimatında “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində” mövzusunda, peşəkar təlimçi Orxan Şahbaz ilə "Liderlik psixologiyası və idarəetmə" mövzusunda "Liqa Smexa"nın Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyovun təqdimatında "Yaradıcı sənaye inqilabı və yeni trendlər" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Həmçinin, “Gənc Liderlər üçün Qış Universiteti” günlərində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı ilə layihə iştirakçıları arasında səmimi görüş olub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Keçidlər