Naftalanda “Gələcək Sən” layihəsi keçirilib
Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi “Future Lab” gənclər hərəkatının təsisçilərinin təşəbbüsü ilə Naftalan şəhərində gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş “Gələcək Sən” layihəsi çərçivəsində təlimlər keçirilmişdir.
Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan gənclərə dəstək göstərmək, onların gələcək karyeralarını qurmaqda yardımçı olmaq və müxtəlif bilik və bacarıqlara yiyələnmələrinə şərait yaratmaqdır.
Müasir pedaqoji yanaşmalara əsaslanaraq, layihədə iştirak edən gənclər həmyaşıdlarından öyrənmə modelinə üstünlük verirlər. Bu yanaşma gənclərin motivasiyasını artırmaqla bərabər onların öyrənmə prosesini daha effektiv edir.
Layihənin təsisçiləri olan gənclər öz bilik və bacarıqlarını həmyaşıdları ilə bölüşərək “Biz birlikdə güclüyük” prinsipini əsas götürür və sosial həmrəyliyi əsas tuturlar.















