Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ETTBİ-nin əməkdaşları ilə görüş olub

21 yanvar 2025 | 14:39

Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2024 -cü il 28 sentyabr tarixli Sərəncamının icrasından irəli gələn məsələlərin həlli ilə bağlı olan görüşdə Naftalan nefti ilə bağlı Naftalan şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov, ETTBİ-nun direktoru t.e.d. Mətanət Əfəndiyeva, Elmi işlər üzrə direktor müavini t.ü.f.d. Sevinc Rzayeva, Naftalan müalicə şöbəsinin müdiri t.ü.f.d. Nizami Nəbiyev və həmin şöbənin əməkdaşı kiçik elmi işçi Allahverdi Muradov iştirak edib.

Görüşün məqsədi Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək və yeni tibbi araşdırmalar aparılmasına və tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərin hazırlanmasından ibarət olub.

Keçidlər