Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda tədbir keçirilib

26 oktyabr 2022 | 14:58

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” nın müvafiq  bəndlərinin icrası ilə əlaqədar olaraq təhsil müəssisələrində tədbir  keçirilib.

Tədbirdə ŞİH-də fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi  üzrə Komissiya”nın üzvləri, şəhər Polis şöbəsinin əməkdaşları,din xadimləri, tibb işçiləri, şagirdlər, müəllimlər və valideynlər  iştirak edib.

ŞİH-də fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın sədri, baş məsləhətçi  Afət Mustafayeva çıxış edərək qeyd edib ki, erkən nikah və qohumlar arasında nikah doğurduğu fəsadlara görə dövrümüzün mühüm və aktual problemlərindən biri olmaqla yanaşı gələcək nəsillərin sağlamlığını təhlükə qarşısında qoyur, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə  səbəb olur.

Tədbirdə çıxış edən digər natiqlər erkən nikahın  və qohumlar arasında nikahın mənfi nəticələrini qeyd edərək vurğulayıblar ki, erkən nikah yeniyetmələrin, gənclərin sağlam inkişafına mənfi təsir göstərməklə yanaşı  qızların təhsil almasına mane olur. Eyni  zamanda yetkinlik yaşına çatmayan uşaqların, xüsusilə də qızların və onların valideynlərinin diqqətinə bu kimi halların yol verilməz olduğu çatdırılaraq problemin həll olunması üçün valideyn, müəllim, məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etmələrinin, maarifləndirici materialların məktəblərdə geniş tətbiq edilməsinin vacibliyini nəzərə çatdırıblar.

Keçidlər