Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ENGİNET şirkətinin yerli ofisi açılıb

29 sentyabr 2022 | 15:16

Ölkənin hər yerində olduğu kimi Naftalanda da sahibkarlar üçün böyük imkanlar və işgüzar mühit mövcuddur.

Telekommunikasiya xidmətlərinin təminatçısı ENGİNET şirkəti ölkə üzrə optik şəbəkənin genişləndirilməsi layihələrini davam etdirir.

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə BİRLink brendi sürətli internet şəbəkəsini Naftalan şəhərinə gətirməklə şəhər sakinlərini, həmçinin, şəhərə gələn yerli və xarici turistləri keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin edəcək.

Naftalanda ENGİNET ofisinin açılış mərasimində Naftalan şəhəri İcra Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kamalə Hüseynova iştirak edərək, bu münasibətlə təbrik edib və şirkətin yerli ofisinin işinə uğurlar arzulayıb.

Həmçinin 27 sentyabr Anım Günü ərəfəsində ENGİNET şirkətinin layihəsi çərçivəsində Vətən Müharibəsi Şəhidləri və qazi ailələrinə müddətli ödənişsiz optik internet paketi təqdim edildi. Əlavə olaraq tədbirə qatılan sakinlərə hədiyyələr və xidmətlərdən bir aylıq ödənişsiz yararlanmaq üçün hədiyyə kuponu təqdim edilib.

Beləliklə, ölkədə ilk olaraq FTTH (mənzilədək optik xətt) texnologiyasını tətbiq edən ENGİNET şirkətinin BİRLink brendi artıq Naftalan şəhərinin sakinlərinə də bu texnologiyaya əsaslanan genişzolaqlı optik internet, rəqəmsal televiziya və telefoniya, bulud əsaslı videomüşahidə və digər geniş spektrli telekommunikasiya xidmətləri təqdim edəcək.

Keçidlər