Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda əmək yarmarkası keçirilib

17 aprel 2026 | 11:32

Naftalan Şəhər İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası təşkil edilib. 

Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdir müavini Emil İsayev və digər məsul əməkdaşlar iştirak edib.

Aktiv məşğulluq tədbirində 15 müəssisə tərəfindən 91 vakansiya təqdim edilib. Əmək yarmarkasında 75 nəfər işaxtaran və işsiz şəxs qeydiyyatdan keçmişdir.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.

Keçidlər