Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

21 noyabr 2026 | 13:22

Naftalan şəhərində 22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, ədliyyə orqanları əməkdaşları ilə birgə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Ziyarət iştirakçıları ədliyyə sisteminin inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyəti dərin ehtiramla anıblar.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən, hər il noyabrın 22-si ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Keçidlər