Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib

30 dekabr 2022 | 18:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin Sektor müdiri-Dini qurumlarla işin təşkilatçısı Əliyev Ülfət Fazil oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “Dövlət qulluğunda fərqlənməyə görə” medal və vəsiqəni təqdim edərək qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir.

Daha sonra Şəhər İcra Hakimiyyətinin başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını, o cümlədən şəhər sakinlərini təbrik edib.

Keçidlər