Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda cüdo bölməsinə baxış keçirilib

12 aprel 2023 | 11:00

11 aprel 2023-cü il tarixdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev və Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov tərəfindən Naftalan şəhər UGİM-nin cüdo bölməsinə baxış keçirilib.  

Məlumat verilib ki, hazırda cüdo bölməsində 100-dən artıq gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olur.

Görüş zamanı ACF prezidenti R. Nəbiyev region idmançıları üçün mövcud olan şəraitin yaxşılaşdırılması və regionlarda cüdonun inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı müzakirələr aparıb, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, ACF-in dəstəyi ilə cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Keçidlər