Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda böyük sevinc – Zəfər bayramı

07 noyabr 2023 | 15:05

44 günlük Vətən müharibəsinin üçüncü ildönümü ilə əlaqədar Naftalan şəhərində tədbir təşkil olunub. Tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, həmçinin turistlər iştirak edib.

Tədbir Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxışla başlanıb. Daha sonra Vətən müharibəsi mövzusunda hazırlanmış sərgiylə tanış olunub.

Tədbiri giriş sözü ilə açan icra başçısı naftalanlıları və şəhərimizin qonaqlarını bayram münasibətilə təbrik edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən, Müzəffər Ali Baş Komandanımız, regionun lider dövlətinin Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda başlatdığı Vətən müharibəsi Azərbaycanın qələbəsi, düşmənin darmadağın edilərək kapitulyasiyası ilə sona çatdı.

Tədbir konsert proqramı ilə davam edib, konsertdə xüsusi qonaq qismində iştirak edən hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, həmçinin yerli müğənnilər öz ifaları ilə çıxış ediblər.

Sonda Naftalan ŞİH-nin xüsusi sifarişi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə hədiyyəsi şəhid ailələrinə təqdim edilib, xatirə şəkli çəkilib.

Keçidlər