Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda beynəlxalq yarışa hazırlıq işləri davam etdirilir

05 may 2026 | 15:57

“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının yüksək səviyyədə keçirilməsi məqsədilə zəruri infrastrukturun hazır vəziyyətə gətirilməsi ilə bağlı Naftalan şəhərində də işlər davam etdirilir.

Belə ki, görülən işlər çərçivəsində yarış iştirakçılarının hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi, yol göstərici xətlərinin rənglənməsi və yolların kənarlarında təmizlik işlərinin aparılması ilə yanaşı yeni ağac və gül kolları əkilir, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Eyni zamanda yol boyu istinad divarlarında və səkilərdə cari təmir işləri aparılır.

Qeyd edək ki, “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının 4-cü mərhələsi 13.05.2026-cı il tarixdə keçiriləcək. Bu mərhələdə iştirakçılar Gəncə şəhərindən start götürərək Göygöl, Goranboy, Tərtər rayonları və Talış, Suqovuşan kəndləri ərazilərindən keçməklə Naftalan şəhər Heydər Əliyev meydanında finiş xəttini keçəcəklər.

Keçidlər