Naftalanda bayram təntənəsi
23 mart 2026 | 11:00
Naftalan şəhəri həm müalicəvi neftinə, həm də burada yaradılan müasir turizm infrastrukturuna görə ilboyu turistləri özünə cəlb etməkdədir. Təsadüfi deyil ki, yerli və xarici turistlər Novruz bayramı günlərini Beynəlxalq Turizm Mərkəzi Naftalanda qarşılamağa üstünlük veriblər.
Həmin günlər şəhərdə fəaliyyət göstərən turizm müəssisələrinə üz tutan turistlərin sayında artım müşahidə olunub. Onların istirahətinin mənalı və yaddaqalan olması üçün bayram günlərində otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, milli adət-ənənəmizi özündə əks etdirən tədbirlər keçirilib, Novruz atributları ilə hazırlanmış əyləncəli şou proqramlar təqdim olunub.















