Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda bayram tədbiri keçirilib

29 dekabr 2023 | 14:21

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” münasibəti ilə Naftalanda bayram tədbiri təşkil olunub.

Bayram tədbirində ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər Ağsaqqallar Şurasının sədri, şəhid ailələri, qazilər və onların ailə üzvləri, Vətən Müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri, həmçinin turistlər iştirak edib.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.

Tədbiri giriş sözü ilə açan şəhər rəhbəri naftalanlıları və şəhərimizin qonaqlarını bayram münasibətilə təbrik edib. Qeyd edib ki, "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün təsis edilməsi görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmətin təcəssümüdür. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş xalqımızın inkişaf yolu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yola salmağa hazırlaşdığımız tarixi il, “Heydər Əliyev İli” 30 illik işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün, təmin edildiyi il kimi xalqımızın tarixinə əbədi olaraq qızıl hərflərlə yazılacaq.

Tədbir mədəniyyət və incəsənət xadimlərinin rəngarəng ifaları ilə müşayiət olunan konsert proqramı ilə davam edib.

Sonda Şaxta baba və Qar qız iştirak edən uşaqlara bayram hədiyyələri təqdim ediblər.

Tədbir Naftalan ŞİH-nin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Keçidlər