Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda bayram münasibətilə ailələrə sovqatlar paylanılıb

29 dekabr 2022 | 17:10

Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da Vətən müharibəsi şəhidlərinin, qazilərin və müharibə iştirakçılarının ailələrinə, həmçinin tənha, ahıl və aztəminatlı ailələrə daim diqqət və qayğı ilə yanaşılır.

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri və qazi ailələrinə, tənha qocalara, birinci qrup əlillərə bayram sovqatı paylanılmışdır.

Həmçinin Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən də bayram münasibətilə aztəminatlı ailələrə ərzaq sovqatı çatdırılıb.

Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər