Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda arxeoloji tədqiqatlar davam etdiriləcək

06 may 2023 | 13:55

Naftalan ŞİH-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbəri, tarix elmləri doktoru, professor Abbas Seyidovla görüş keçirilib.

Görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov bildirib ki, Naftalan şəhəri dünyada unikal müalicəvi nefti ilə məhşur kurort şəhəridir. 2020-2021-ci illərdə şəhərin Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş abidə Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Bu da arxeoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır.

Professor Abbas Seyidov bu il “Qalaboynu” yaşayış yerində bu tip arxeoloji qazıntıların davam etdiriləcəyini vurğulayıb və qeyd edib ki, qədim dövrə aid abidələrin daha sıx yerləşdiyi ərazidə bu cür arxeoloji qazıntıların aparılması və qədim abidələrin aşkar edilməsi arxeo turizmlə, tibbi turizmin sintezinə öz töhfəsini verəcək.

ŞİH tərəfindən qonağa xatirə hədiyyələri təqdim olunub.

Keçidlər