Naftalanda AHİK nümayəndələri ilə görüş olub
17 fevral 2025 | 15:18
Naftalan Şəhər İcra Hakimiyyətində Kurort QSC - “Naftalan” Sanatoriyası filialının direktorunun təqdimatı olub.
Görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov, AHİK sədrinin müavini Əbil Ağasiyev, Kurort QSC-nin baş direktor vəzifəsini icra edən Çingiz Hacıyev və digər əməkdaşlar iştirak edib.
İcra başçısı Kurort QSC-nin Naftalan şəhərində yerləşən “Naftalan” Sanatoriyası filialına yeni direktor təyin olunması ilə bağlı Sənan Əhmədzadəyə işində uğurlar arzulayıb. Həmçinin bildirib ki, dünya əhəmiyyətli unikal müalicəvi kurort şəhəri Naftalan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Beynəlxalq Turizm Mərkəzinə çevrilib.