Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ağacəkmə aksiyası keçirilib

27 oktyabr 2026 | 10:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar Naftalan şəhərində ağacəkmə aksiyası keçirilib.    

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev parkında keçirilən aksiyada Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, İH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Polis Şöbəsinin rəisi və digər məsul əməkdaşlar iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Keçidlər