Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ağacəkmə aksiyası keçirilib

23 noyabr 2026 | 15:43

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar Naftalan şəhərində növbəti ağacəkmə aksiyası keçirilib.    

Aksiya çərçivəsində yol kənarlarında, şəhərin küçə və prospektlərində ümumilikdə 900-ə yaxın həmişəyaşıl ağaclar və gül kolları əkilib, əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Keçidlər