Naftalanda ağacəkmə aksiyası keçirilib
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Naftalanda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada icra başçısı, şəhər Polis Şöbəsinin rəisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Oktyabr ayında şəhərin müxtəlif ərazilərində ağacəkmə aksiyası çərçivəsində 670 ağac əkilib. Bu gün isə şəhərin Şirvan prospektində 420 ədəd müxtəlif növdə ağaclar əkilib.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə şəhər ərazisində yaşıllıqların artırılması məqsədilə 2520 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.