Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ağacəkmə aksiyası keçirildi

25 oktyabr 2022 | 14:56

Naftalan şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə iqlim şəraitinə uyğun olaraq şəhər ərazisində müxtəlif növ ağac və gül kolları əkilib.

Şəhər ərazisindəki yaşıllıq zolaqlarını genişləndirməklə sakinlərin və turistlərin səmərəli istirahətini təmin etmək və şəhərin ekoloji biomüxtəlifliyini yaxşılaşdırmaq məqsədilə payız-qış mövsümü ərzində də yeni ağacların əkilməsi davam etdirilir.

Həmçinin bir müddət öncə iqlim dəyişikliyi ilə əlaqədar ölkəmizin digər bölgələrində olduğu kimi Naftalanda da bir sıra çox və orta yaşlı eldar şamı ağacları müxtəlif zərərvericilərə yoluxaraq qurumağa başlamışdır. Şəhər ərazisində şam ağaclarının quruma hallarının qarşısının alınması üçün aidiyyəti üzrə müvafiq qurumların nümayəndələri tərəfindən dərhal ağaclara baxış keçirilmiş və dərmanlama, sanitar işlər aparılmışdır. 

Keçidlər