Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda ağac və gül kolları əkilib

14 yanvar 2026 | 15:46

Naftalan şəhəri ərazisində ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə yaşıllıqlara xüsusi diqqət göstərilir, yeni yaşıllıq zolaqları salınır.

Şəhər İcra Hakimiyyəti və Naftalan Bələdiyyəsinin təşkilatçılığı ilə növbəti dəfə şəhərin prospekt, küçə və parklarında abadlıq işləri aparılıb, müxtəlif növ ağac və gül kolları əkilib. Mövcud və yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Şəhər ərazisindəki yaşıllıq zolaqlarını genişləndirmək və şəhərin ekoloji biomüxtəlifliyini yaxşılaşdırmaq məqsədilə il ərzində yeni ağac və gül kollarının əkilməsi davam etdiriləcək.

Keçidlər