Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda "Açıq mikrofon" aksiyası keçirilib

11 oktyabr 2023 | 11:50

SOCAR "Azəriqaz" İB-nin növbəti "Açıq mikrofon" aksiyası Naftalan şəhərində baş tutub. "Səyyar qəbul otağı"nın imkanlarından yararlanan sakinlər qaz təchizatı ilə bağlı problem və təkliflərini səsləndiriblər. Müraciətlər sırasında mövcud sayğacın yerinin dəyişdirilməsi, sayğacın sıradan çıxmış plombunun yenidən vurulması və sair bu kimi məsələlər yer alıb. Ünvanlanan suallar Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, sakinlərə ətraflı izahatlar verilib.

Keçidlər