Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda 8 Noyabr – Zəfər Günü münasibəti ilə silsilə tədbirlər keçirilir

07 noyabr 2026 | 15:13

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Günü ölkəmizin hər yerində böyük qürur və iftixar hissi ilə qeyd olunur. Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmzi olan bu gün münasibətilə Naftalan şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində, Uşaq Musiqi məktəbində, Körpələr evi-Uşaq bağçalarında, Naftalan şəhəri üzrə gənclər və idman sektorunda, eləcə də idarə, müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilir.

Keçirilən tədbirlərdə Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Naftalan Şəhər Təşkilatının sədri, şəhərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri, təhsil müəssisələrinin kollektivləri və şagirdlər iştirak ediblər.

Tədbirlərdə şanlı Qələbəmizin tarixi əhəmiyyəti, şəhidlərimizin əziz xatirəsi və qəhrəman qazilərimizin şücaəti ehtiramla yad edilir.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətdən, xalqımızın sarsılmaz birliyi, milli həmrəyliyi və əzmi nəticəsində əldə olunan tarixi Zəfərin əhəmiyyətindən geniş bəhs edilib. Vurğulanıb ki, bu Qələbə Azərbaycan xalqının yenilməz iradəsinin, dövlətimizin gücünün və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığının təntənəsidir.

Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda uşaqların hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş olunub, ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri iştirakçılara təqdim edilib.

Keçidlər