Naftalanda “5 Mart – Bədən tərbiyəsi və İdman Günü” qeyd olunub
Naftalan şəhər İcra Hakimiyyətinin, YAP Naftalan şəhər təşkilatının və Gəncə-Daşkəsən RGİİ-nin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “5 Mart – Bədən tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dərin hörmət və ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə iştirakçılar Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto stendlər ilə tanış olublar.
Tədbirdə çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idman siyasətindən söhbət açaraq idmançılarımıza yeni-yeni qələbələr arzulayıblar. Sonda ötən il ərzində beynəlxalq və ölkə səviyyəli yarışlarda uğur qazanmış idmançılar təltif olunublar.















