Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda 27 sentyabr Anım Günü tədbiri keçirilib

27 sentyabr 2026 | 13:10

27 sentyabr – Anım Günü ilə bağlı Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilib.

Tədbirdə ŞİH başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.            

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igid Vətən övladlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmiş Xatirə Kompleksi ziyarət olunub, Kompleksin önünə gül dəstələri düzülüb, şəhidlərimizin müqəddəs xatirəsi dərin hörmətlə yad edilib.

Şəhərin Heydər Əliyev, Şirvan prospektlərində və “Qələbə” parkı ərazisində Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq şəhid ailələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Respublikamızın bütün ərazisində olduğu kimi Naftalan şəhərində də Vətən müharibəsi şəhidlərinin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.

Keçidlər