Naftalanda “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr edilmiş atıcılıq turniri keçirilib
Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr edilmiş oğlanlar və qızlar arasında atıcılıq turniri keçirilib.
Turnirin açılış mərasimində çıxış edənlər Silahlı Qüvvələrin yaranma tarixindən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən ordu quruculuğu siyasətindən, 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfər tarixindən ətraflı söhbət açaraq iştirakçılara uğurlar arzulayıblar.
“26 İyun – Silahlı Qüvvələr Günü”nün qeyd edilməsi, atıcılıq idman növünə marağın artırılması məqsədilə təşkil edilən yarışda 14 yaşdan yuxarı şəhər sakinləri iştirak ediblər.
Yarışda ən çox xal toplamış qaliblər I, II və III yerlərə layiq görülərək, diplom və medallar ilə təltif olunublar.















