Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda "2 fevral-Gənclər günü" qeyd olundu

02 fevral 2026 | 16:03

Naftalan Şəhər İcra Hakimiyyətinin və YAP Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə "2 fevral-Gənclər Günü" münasibəti ilə tədbir keçirilib. Tədbirdə Başçının müavini –  Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Hüseynova çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik edib, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulayıb. Qeyd edib ki, əsası ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

YAP Naftalan şəhər Təşkilatının sədri Rövlan Heydərov çıxış edərək bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırmışdır. O, bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində gənclərin mühüm rol oynadığını bildirmişdir.

Naftalan şəhəri üzrə gənclər və idman sektorunun müdiri Tural Hümbətov gəncliyin inkişafı ilə bağlı görülən işlərdən, idmançılarımızın əldə etdiyi nailiyyətlərdən danışmış və qeyd etmişdir ki, gənclərimiz təhsil, idman, incəsənət, musiqi və digər sahələrdə böyük uğurlara imza ataraq ölkəmizi layiqli təmsil edirlər.

Sonda YAP Naftalan şəhər təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.

Keçidlər