Naftalanda 15 May “Beynəlxalq Ailə günü” qeyd olunub
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Beynəlxalq Ailə günü” münasibətilə “Sağlam ailə, sağlam cəmiyyətin təməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH başçısının müavini, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
ŞİH başçısının müavini Kəmalə Hüseynova qeyd edib ki, müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət ailə siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
Digər çıxış edən natiqlər bildiriblər ki, Beynəlxalq Ailə gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, milli azlıqları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliğidir.















