Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda 15 may Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib

16 may 2022 | 12:16

   Naftalanda 15 may Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ŞİH-nin, polis şöbəsinin məsul əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri, təhsil işçiləri, ziyalılar, valideyinlər və məktəblilər iştirak edib. Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

    Mövzu ətrafında çıxış edən natiqlər ölkəmizdə bütün sahələrdə olduğu kimi milli mənəvi dəyərlərimizin qorunub saxlanılması da müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar.Həmçinin qeyd olunub ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət-ailə siyasəti, ailə dəyərlərinin önəmi yüksək qiymətləndirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşın maraqlarının və hüquqlarının müdafiəsinə yönəlib.

     Tədbir iştirakısı olan ailələr arasından yeddi  nominasiya  üzrə yarış keçirilib. İştikrakçı ailələrə  və qaliblərə mükafatlar təqdim olunub.

   Tədbir məktəblilərin və V.Namazov adına Körpələr evi-Uşaq bağçasının körpə fidanlarının hazırladıqları mahnı və rəqs nümünələri ilə davam etdirilib.    

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə 15 may tarixinin Beynəlxalq Ailə Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Ölkəmizdə isə Beynəlxalq Ailə Günü 2008-ci ildən etibarən ənənəvi olaraq qeyd edilir.

 

Keçidlər