Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan və Nizami icra hakimiyyətlərinin birgə təşəbbüsləri

07 sentyabr 2022 | 14:24

Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələrinə, dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.

Nizami Rayon İcra Hakimiyyəti və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Nizami rayonunun 22 şəhid ailəsinin üzvü müalicə və istirahət üçün “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində qarşılanıblar.

Müalicə mərkəzində yerləşdirilən Şəhid ailələrinə müalicə prosedurları barədə ətraflı məlumat verilib, müayinə olunduqdan sora müalicə prosesinə başlayacaqları onların diqqətinə çatdırılıb. 

Daha sonra nahar süfrəsi ətrafında davam etdirilən söhbət zamanı şəhid ailələri onlara göstərilən dövlət qayğısından, şəhid ailələrinin istirahəti və reabilitasiyası üçün keçirilən birgə uğurlu layihənin əhəmiyyətindən danışaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər