Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan tullantı sutəmizləyici qurğusu istismara verilib

28 dekabr 2022 | 15:42

Son illər bölgələrdə icra olunan su və kanalizasiya layihələri çərçivəsində hər bir şəhərdə yaranan tullantı sularının təmizlənib yenidən istifadəyə yaralılığı istiqamətində layihələr icra olunur. Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən layihələrdən biri də turizm potensialına malik Naftalan şəhərində yeni tullantı sutəmizləyici qurğusunun istismara verilməsidir.

Açılış mərasimində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər.

Daha sonra Naftalan tullantı sutəmizləyici qurğusu barədə təqdimat olub və kompleksə baxış keçirilib.

Qeyd edək ki, ümumi məhsuldarlığı sutkada 6000 kubmetr layihələndirilən qurğunun ilkin mərhələdə 3000 min kubmetr emal gücü olan birinci mərhələsi inşa edilib. Qurğuya daxil olan suların tərkibindəki bərk tullantılar iri barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə qumtutucu və yağayırıcı kameralarda təmizlənir. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biofosfor qurğusuna ötürülür. Bioloji təmizləmədən keçən sular durulducu çənlərdə çökdürülür və lilsusuzlaşdırma binasında susuzlaşdırılır. Ən sonda tullantı suları diskfiltr vasitəsilə təmizlənib zərərsizləşdirilir.

Keçidlər