Naftalan ŞİH başçısı Asiya-Sakit Okean Merlər Akademiyasının təlimində iştirak edib
07 oktyabr 2022 | 16:23
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı 2021/2022 Asiya-Sakit Okean Merlər Akademiyası tərəfindən keçirilən təlim kursunu uğurla başa vurub.
Bu müddət ərzində, Akademiya şəhərlərin bir-biri ilə əlaqəli iqlim dəyişikliyi, COVID-19 böhranları ilə bağlı bir sıra problemləri, şəhərlərdə dayanıqlı şəhərsalma üzrə öhdəliklər, təhlükəsiz, inklüziv davamlı icmaların qurulmasında müvafiq məlumatları və təcrübələri bölüşüb.
Onlayn qaydada keçirilən kurslarda 12 ölkənin nümayəndəsi iştirak edib, Azərbaycandan isə Naftalan, İsmayıllı və Şuşa şəhərləri təmsil olunublar.
Akademiyanı uğurla başa vuran iştirakçılara Sertifikatlar təqdim edilib.