Naftalan şəhərinin məktəblərində son zəng çalınıb
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi 13 iyun 2026-cı il tarixdə Naftalan şəhərinin məktəblərində də son zəng tədbiri keçirildi.
Tədbirdə ŞİHB aparatının, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə çıxış edənlər “Son zəng” münasibətilə məzunları təbrik edib, onların həyatlarında yeni və məsuliyyətli mərhələnin başlandığını qeyd ediblər. Ulu Öndərin təhsilə göstərdiyi diqqət və qayğının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, onların ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini bildiriblər.















